Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yekaterina Jidkova Türkiyə birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Nilufer BLD" 5-ci turd "THY" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma gərginliyi ilə yadda qalıb. Katerina və rəfiqələri doğma azarkeçlər önündə bu mövsümdəki ilk qələbələrini qazanıblar. 5 hissə davam etmiş görüşdə "Nilufer BLD" 3:2 (26:24, 16:25, 18:25, 25:16, 15:11) hesablı qələbəni bayram edib.

Komandasının çempionatda ilk qələbəsini qazandığı matçda yığmamızın üzvü 20 xal qazanıb. O, bu göstərici ilə komandasının heyətindən iki ən yaxşı voleybolçudan biri olub. Jidkova qonaqları 18 dəfə hücumda, 1 dəfə blokda, 1 dəfə eyslə məyus edib.