Türkiyədə çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Yekaterina Jidkova növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Nilufer BLD" 4-cü turda "PTT"nin qonağı olub.

Səfər görüşü voleybolçumuzun komandası üçün uğursuz alınıb. 3 set davam etmiş qarşılaşmada Jidkova və rəfiqələri quru hesablı məğlubiyyətə üzülüblər - 0:3 (23:25, 9:25, 19:25).

Komandasının yenə məğlub olduğu matçda hücumçumuz əvəzetmə ilə oynayıb. Jidkova meydanda olduğu müddətdə 3 dəfə fərqlənib. O, bu xallardan 2-ni hücumda, 1-ni isə blokda qazanıb.