Qadın voleybolçulardan ibartə Azərbaycan millisinin üzvü Anastasiya Qurbanova Türkiyə çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Adam Voleybol" klubu "Sigorta Shop Kadınlar 1. Ligi"ndə yarım final mərhələsinə qələbə ilə başlayıb. 

Bu etapın 2-ci qrupunda mübarizə aparan voleybolçumuzun komandası ilk qarşılaşmada "Bolu BLD" ilə üz-üzə gəlib. Görüş Nastya və rəfiqələri üçün uğurlu alınıb. 4 hissə davam edən matçda "Adam Voleybol" 3:1 (25:23, 25:20, 19:25, 25:21) hesablı qələbə qazanıb. 

Qeyd edək ki, Qurbanovanın komandası yarımfinal mərhələsində ikinci oyununu "Karşıyaka"ya qarşı keçirəcək.