Hücumçumuz yenə Fransada qaldı
- 19 İyl 2024 09:42
- 437
Qadın voleybolçulardan ibarət millimizin üzvü Anastasiya Baydukun yeni komandasının adı bəlli olub. "Rekord.az" xəbər verir ki, hücumçumuz karyerasını yenə Fransada davam etdirəcək.
Voleybolçumuz bu dəfə Fransanın "Volley Ball Romans" klubu ilə razılığa gəlib. O, ən azı bir il bu komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Bayduk son mövsüm Fransanın "Les Cometes Orlean" klubunda çıxış edib.