Hücumçumuz yenə məğlub oldu
- 01 Mar 2021 11:06
- 853
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Belarusun "Minçanka" klubu Moskva "Dinamo"su ilə qarşılaşıb.
Doğma meydanda baş tutan görüş Minsk təmsilçisi üçün uğursuz alınıb. 4 hissə davam edən matçda Rita və rəfiqələri 1:3 hesabı ilə məğlub olublar - 1:3 (28:30, 25:18, 20:25, 19:25).
komandasının xalsız qaldığı qarşılaşmada yığmamızın üzvü əvzetmə ilə oynayıb. O, meydanda olduğu müddətdə 3 dəfə fərqlənib və xalların hamısını hücumda qazanıb.