Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimovanın yeni klubunun adı bəlli olub. "Rekord.az" xəbər verir ki, təcrübəli hücumçumuz karyerasını yenidən Türkiyədə davam etdirəcək. 

Rəhimova Ankaranın "Karayolları" klubu ilə mövsümün sonunadək razılığa gəlib. Mövsümə Vyetnam çempionatında start verən voleybolçumuz bu ölkənin birinciliyində gümüş medal qazanıb və "Ən dəyərli oyunçu" (MVP) seçilib. 

Qeyd edək ki, yığmamızın üzvü bundan əvvəl də Türkiyə çıxış edib. O, "Fenerbahçe", "THY", "Kuzeyboru" kimi komandalarda forma geyinib.