Hücumçumuzun komandası avrokubokda növbəti qələbəsini qazanıb
- 10:02
- 33
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Yelizaveta Ruban və Olena Xarçenko avrokubokda növbəti oyunlarına çıxıblar. "Rekord.az" xəbər verir ki, voleybolçularımızın formasını geyindiyi Rumıniyanın "CS Volei Alba Blaj" klubu CEV Kubokunda 1/4 finalda ilk görüşünü keçirib.
Rumıniya təmsilçisinin bu mərhələdəki rəqibi Portuqaliyanın "Porto" kludur. Cütün ilk matçı voleybolçularımızın komandasının üstünlüyü ilə keçib. "CS Volei Alba Blaj" 3 set davam edən səfər oyununda quru hesablı qələbəyə sevinib - 3: (25:22, 25:20, 25:21).
"CS Volei Alba Blaj" yarımfinala bir qədər də yaxınlaşdığı qarşılaşmada hücumçumuz Ruban meydan sahiblərini 16 dəfə məyus edib. O, bu xallardan 14-nü hücumda, 2-ni isə blokda qazanıb. Blokçumuz Xarçenko isə 6 dəfə hücumda, 4 dəfə blokda fərqlənib.
Qeyd edək ki, komandaların cavab matçı fevralın 20-də Rumıniyada baş tutacaq.