Hücumçumuzun komandası "Dinamo" səddini aşa bilmədi
- 07 Mar 2020 22:57
- 957
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Leninqradka" Super Luqanin 1/4 finalında Kazan "Dinamo"su ilə qarşılaşıb.
Cütün ilk oyunda uduzan voleybolçumuzun komandası cavab matçında da eyni aqibətlə üzləşib. 3 set davam edən görüşdə Liza və rəfiqələri quru hesablı məğlubiyyətə üzülüblər - 0:3 (20:25, 18:25, 26:28).
Sankt-Peterburq təmsilçisinin məğlub olduğu oyunda yığmamızın üzvü 8 dəfə fərqlənib. Səmədova bu xallardan 7-ni hücumda, 1-ni isə blokda qazanıb.