Rumıniyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Yelizaveta Rubanın formasını geyindiyi "CSM Lugoj" 13-cü turda "CSM Targoviste" klubu ilə üz-üzə gəlib.

Görüş gərginliyi ilə yadda qalıb. 5 hissə davam edən matçda Liza və rəfiqələri 2:3 hesabı ilə uduzublar.

Səfərdə komandasının qələbəni son anda əldən verdiyi qarşılaşmada millimizin üzvü 21 dəfə fərqlənib. Ruban bu xallardan 17-ni hücumda, 2-ni blokda, 2-ni isə eyslə qazanıb.