Voleybolçu qadınlar arasında Macarıstan birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Nikalina Başnakovanın formasını geyindiyi "Szent Benedek" 10-cu turda "Bekescsaba" ilə üz-üzə gəlib. 

Doğma meydanda baş tutan görüş hücumçumuzun komandası üçün uğurlu alınıb. Çempionluq adı uğrunda mübarizə aparan güclü rəqibə heç bir şans verməyən meydan sahibi yekunda quru hesablı qələbəni bayram edib - 3:0 (25:22, 25:20, 25:20). 

Komandasının çətinlik çəkmədən növbəti xallarını qzandığı oyunda yığmamızın üzvü meydana çıxmayıb. 

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 15-ə çatdıran "Szent Benedek" turnir cədvəlində turnir cədvəlində 3-cü pilləyə yüksəlib.