Macarıstanın qadın voleybolçulardan ibarət "Bekescsaba" klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Marqarita Stepanenko kubokda ikinci yeri tutub. "Rekord.az" xəbər verir ki, hücumçumuz final matçı və qarşıdakı qarşılaşmalar haqqında danışıb:
"Biz kubokda ikinci yeri tutduq. Çox istərdik ki, çempion olaq, lakin alınmadı. Hazırda çempionatda pley-off mərhələsində mübarizə aparırıq. Dördlər finalına vəsiqə qazanmışıq. Burada 3 qələbə qazanmaq lazımdır. Bu mərhələdə rəqibimiz kubokda üçüncü yeri tutan "KNRC" klubudur. Çalışacağıq ki, qalib gəlib finala keçək və qızıl medalları qazanaq".