![photo](https://www.rekord.az/storage/news/2025_02_07/eebca811_11d4_3a44_8962_05d5610abded_850_1738954889.jpg)
“Hücumda heç bir problem yoxdur, amma müdafiədə...”
- 07 Fev 2025 23:00
- 32
NTD-nin baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının 14-cü turunda "Sabah" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib:
“İlk iki periodda komandanın oyunundan razı qalmadım. Xüsusi ilə müdafiədəki çıxışına görə narazı oldum. Hücumda heç bir problem yoxdur. Biz 85 xal topladıq. Avropa basketbolunda bu yaxşı göstəricidir. Amma eyni zamanda rəqibə 96 xal verdik. Hətta "Neftçi"yə qarşı keçirdiyimiz son matçda rəqibə 100 xal toplamağa imkan verdik. Müdafiə üzərində işləyəcəyik. Bu çox vacibdir. Xəstəlik səbəbindən Detrek Brauninq oyunu buraxdı. O, çox vacib oyunçudur. Ümumilikdə oyunçularımız yüksək səviyyədə mübarizə apardılar. Onlar təslim olmadılar. Matçdan əvvəl müdafiədə sərt oynamalı, foul etməkdən qorxmamalı olduğumuzu demişdim. Görüşün əvvəlində oyunçularımız bunu etmirdilər. Amma fasilədən sonra müdafiədə daha sərt oynamağa başladılar. Kambek alınmadı, amma düşünürəm ki, növbəti qarşılaşmada daha yaxşı oynayacağıq”.
"Sabah" - NTD qarşılaşması birincilərin 96:85 hesablı qələbəsi ilə yekunlaşıb.