“Hücumda xüsusi nəsə yarada bilmədik” - Renduliç
- 03 Noy 2024 21:50
- 67
"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində səfərdə "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:
“Rəqibi təbrik edirəm. Bura xal qazanmaq üçün gəlmişdik. Əfsuslar olsun ki, buna nail ola bilmədik. Oyuna biz nəzarət edirdik. Amma hücumda xüsusi nəsə yarada bilmədik. Bu gün oyunun 60-70 faizini rəqibin cərimə meydançasında keçirdik. Çoxlu qol fürsətləri yaratdığımızı deyə bilmərəm. Belə oyunlarda müdafiədə də səhv etməməlisən. Məğlubiyyəti oyunçuların keyfiyyəti ilə bağlamaq istəməzdim. Çünki əvvəlki matçlarda da bu futbolçular oynayıb”.