![photo](https://www.rekord.az/storage/uploads/5/celal-huseynov-3.jpg)
Hüseynov darmadağını kənardan izlədi
- 15 Sen 2023 23:30
- 280
Bolqarıstan çempionatında 9-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Botev Vratsa” ilə qarşılaşıb və darmadağınla qalib gəlib - 4:0.
Cəlal bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Arda” 9 turdan sonra 13 xalla 6-cı pillədə qərarlaşıb.