Hüseynovlu “Arda” darmadağına üzüldü
- 24 Fev 2024 23:00
- 202
Bolqarıstan çempionatında 22-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Sofiya “Levski”si ilə qarşılaşıb və 0:4 hesablı məğlubiyyətə üzülüb.
Cəlal da bu matçın iştirakçısı olub və 90 dəqiqə meydanda olub. O, 48-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Arda” hazırda 31 xalla 8-ci pillədə qərarlaşıb.