Hüseynovlu “Arda” səfərdə uduzdu
- 08 Noy 2023 10:00
- 277
Bolqarıstan çempionatında 16-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Çerno More” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Cəlal da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Arda” hazırda 25 xalla 7-ci pillədə qərarlaşıb.