Hüseynovlu “Arda” səfərdən 1 xalla qayıtdı
- 30 Apr 2024 10:15
- 204
Bolqarıstan çempionatında 31-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Sofiyanın ÇSKA 1948 kollektivi ilə qarşılaşıb. Oyunda qalib müyyənləşməyib – 1:1.
Cəlal da bu matçın iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.
“Arda” hazırda 40 xalla 9-cu pillədə qərarlaşıb.