Hüseynovlu “Arda” səfərdən xalsız döndü
- 15 Dek 2023 13:00
- 241
Bolqarıstan çempionatında 18-ci turdan təxirə salınmış oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Sofiya təmsilçisi ÇSKA 1948 ilə qarşılaşıb və 0:1 hesablı məğlubiyyətə üzülüb.
Cəlal da bu matçın iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.
“Arda” hazırda 31 xalla 7-ci pillədə qərarlaşıb.