![photo](https://rekord.az/uploads/5/celal-4-600x300.jpg)
Hüseynovlu “Arda” səfərdən xalsız döndü
- 2024-04-03 12:30
- 141
Bolqarıstan çempionatında 27-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Etar”la qarşılaşıb və 1:2 hesabıyla uduzub.
Cəlal da bu matçın iştirakçısı olub və 90 dəqiqə mübarizə aparıb.
“Arda” hazırda 36 xalla 7-ci pillədə qərarlaşıb.