Hüseynovlu “Arda”dan çətin qələbə
- 12 Noy 2023 12:30
- 244
Bolqarıstan çempionatında 17-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda evdə “Beroe” ilə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.
Cəlal da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Arda” hazırda 28 xalla 5-ci pillədə qərarlaşıb.