Bolqarıstan çempionatında 33-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Botev”lə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.

Cəlal da bu matçın iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.

“Arda” hazırda 44 xalla 9-cu pillədə qərarlaşıb.