Bolqarıstan çempionatında yeni mövsümə start verilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da ilk matçına çıxıb.

Sözügedən komanda ilk tur çərçivəsində səfərdə “Lokomotiv” (Plovdiv) ilə qarşılaşıb. “Arda” bu görüşdə 0:1 hesablı məğlubiyyətə üzülüb.

Cəlal da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.