Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan Kubokunda mərhələ adlayıb.

Rekord.az xəbər verir ki, komanda 1/8 finalda “Liteks”lə üz-üzə gəlib.

Rəqibini 4:1 hesabı ilə üstələyən "Arda" 1/4 finala yüksəlib. Hüseynov bu matça start heyətində başlayıb və sonadək oynayıb.