Hüseynzadəyə UEFA-dan yeni təyinat
- 20 Fev 2024 14:30
- 213
"Neftçi"nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan növbəti dəfə təyinat alıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Polşada "Legiya" və Norveçin "Molde" komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.
Qarşılaşma fevralın 22-də Varşavada gerçəkləşəcək. İlk matçda Norveç klubu qələbə qazanıb - 3:2.
Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.