Pandemiya səbəbindən əksər futbol federasiyaları yerli klublara maddi yardım edib və etməkdədir. Federasiyalar bununla da pandemiyadan zərər görmüş klublara öz dəstəyini göstərmiş olub. Bizdə də AFFA bu yaxınlarda Premyer Liqada çıxış edən 4 kluba maddi yardım etdi.

Lakin Rekord.az-a daxil olan məlumata görə I Divizionda çıxış edən klublara analoi yardım edilməyəcək.

Çünki demək olar ki, bütün klublar elə AFFA-dan maliyyələşir. Federasiya isə öncədən nəzərdə tutulan büdcələrə uyğun vəsait ayıracaq. Yəni komandalara əlavə pul yardımı olmayaacq.