Cari mövsüm I Divizion böyük ehtimalla keçirilməyəcək.

Rekord.az-a daxil olan məlumata görə, artıq klublara bununla bağlı məlumat verilib.

Premyer Liqada çıxış edən klublar əvəzedici komandalarını iyula kimi istirahətə buraxmağa hazırlaşır. AFFA-dan bununla bağlı onlara tövsiyyə verilib. Əslində sözügedən komandalar onsuz da istirahətdə sayılır. 2 aydır məşq yox, oyun yox.  Sadəcə, bu istirahət rəsmləşmək üzrədir. Premyer Liqanın bərpasının sual altında olduğu bir vaxtda I Divizion bərpa etmək, ordakı futbolçuları testdən keçirmək, oyunları karantin qaydalarına uyğun təşkil etmək federasiya üçün əlavə iş olacaq. Ona görə salamatı mövsümü yarımçıq bitirməkdir. Onsuz elitaya gələn olmayacaq. Elitadan da aşağı düşən olmayacaq. Belə olan halda heç I Divizionun keçirilməsinin də mənası qalmır.