PFL yeni mövsümün startına avqusta başlamaq istəyir. Lakin hələlik konkret tarix məlum deyil. Çünki ölkədə sərt karantin rejimi avqustun 5-ə qədər uzadıldı. Ona görə güman ki, çempionatın avqustun ortalarından tez başlamayacaq.

 

Rekord.az xəbər verir ki, Premyer Liqadan fərqli olaraq, I Divizionla bağlı məsələ hələlik müzakirə olunmayıb.

 

Heç çempionatda neçə komandanın oynayacağı da bilinmir. Əldə etdiyimiz məlumata görə, I Divizionun nə zaman start götürəcəyi avuqstun 5-dən sonra, koronavirusla bağlı statistikanın göstəricilərindən asılı olacaq.