I Divizionda daha bir komanda dağılır?
- 11 Fev 2020 14:00
- 1296
Növbəti mövsümdən I Divizionda çıxış edən komandalardan daha biri dağıla bilər.
Rekord.az xəbər verir ki söhbət "Qaradağ Lökbatan"dan gedir.
Məlum olduğu kimi "Neftçi" İK-a (əvvəlki İSM) aid olan bu komanda SOCAR-dan maliyyələşir. Sözügedən şirkət də əlavə xərclərdən qurtulmaq üçün heç bir xüsusi əhəmiyyət daşımayan komandanın fəaliyyərinə xitam verməyi düşünür. (cempion.az)