I Liqa start götürüb
- 24 Dek 2019 10:02
- 1053
Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının I liqa yarışlarına start verilib. “Rekord.az” xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə qurumun zalında keçirilən birincilikdə 8 klub mübarizə aparacaq.
“Azəri”, “Ağsu-Siti”, “Əlincə”, “Veteran 44”, “Memarlıq və İnşaat Universiteti”, “Tibb Universiteti, “Taleh-A.T” və “Araz 2011” mövsümün sonunda ən güclünü müəyyənləşdirəcəklər.
I liqanın açılış matçında “Azəri” ilə “Ağsu Siti” üz-üzə gəliblər. Qarşılaşma əyalət komandasının qələbəsi ilə başa çatıb. Ardınca “Əlincə” və “Veteran 44” üz-üzə gəlib. Matçda birincilər 3 xala seviniblər.
“Memarlıq və İnşaat Universiteti”nin “Tibb Universiteti”nə tay-brekdə qalib gəldiyi gündə “Taleh-A.T” “Araz 2011”i "quru hesabla" məğlub edib.
Qeyd edək ki, I liqa yarışları 1 dövrədən ibarət olacaq. Ardınca pley-off mərhələsi keçiriləcək.
I Liqa
I tur
“Azəri” - “Ağsu Siti” 1:3 (26:28, 25:20, 11:25, 17:25)
“Əlincə” - “Veteran” 3:1 (25:19, 25:17, 17:25, 25:19)
“Memarlıq və İnşaat Universiteti” - “Tibb Universiteti” 3:2 (25:23, 12:25, 16:25, 25:22, 22:20)
"Taleh-A.T” - “Araz 2011” 3:0 (25:23, 25:18, 25:18)