
I Liqa təmsilçisi stadionunu dəyişə bilər
- 2023-11-17 14:00
- 1003
Yeni yaranan və bu mövsümdən I Liqada mübarizə aparan, həmçinin Ağsuya köçərək "Difai Ağsu" adını götürən komanda məkanını dəyişə bilər.
Rekord.az xəbər verir ki, AFFA 2024-cü ilin əvvəlində ağsu stadionunda əsaslı təmir işləri aparmağı planlaşdırır.
Planın tərkibində hazırkı süni örtüyün yenilənməsi də var. Bu baş verərsə, "Difai Ağsu" ev oyunlarını keçirmək üçün yeni stadion axtarmalı olacaq.