I Liqa və Əvəzedicilər liqasının bombardirləri mükafatlandırıldılar
- 29 May 2024 16:30
- 214
Futbol üzrə Azərbaycan I Liqada və Əvəzedicilər liqasında 2023/2024 mövsümünün bombardirlərinə xüsusi hədiyyələr təqdim olunub.
Rekord.az xəbər verir ki, MOİK-in hücumçusu Elmir Rəhimzdə 17 qolla I Liqada, “Qəbələ-2” komandasının futbolçusu Sənan Ağalarov 30 qolla Əvəzedicilər liqasında mövsümünün ən sərrast futbolçusu seçilib.
Onlara mükafatları Peşəkar Futbol Liqasında qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.