Voleybol üzrə ölkə çempionatında kişilərin I Liqasında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, A və B qrupları üzrə ümumilikdə 8 qarşılaşma keçirilib.

Bu matçlardan yalnız biri tay-brekə qədər davam edib. Digər görüşlərdə qaliblər qələbəni 3 xalla əldə ediblər.

Qeyd edək ki, I Liqanın oyunları “Murov” voleybol klubunun idman zallarında təşkil edilib.

 

I Liqa

A qrupu 
   “Sumqayıt” - 7№ İOEUGİM 0:3
   “Azəri-44” - RSC 2:3
“Hərbi İnstitut” - “Ekspress” 1:3
   “Murov-2” - “Ekspress” 0:3

B qrupu 
   “Kapitalist” - “Azəri-1” 3:1
   “Şahinlər” - “Delta” 3:1
   “Ryuqa Loko” - “Kontakt” 3:0
   “Masallı” - “Təhsil” 0:3