I Liqada ilk dövrəyə yekun vuruldu
- 26 Dek 2023 17:40
- 231
Bu gün I Liqada 12-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə iki görüş baş tutub.
“Qaradağ Lökbatan” “Difai Ağsu”nu, “Şamaxı” isə MOİK-i məğlub yola salıb.
İlk dövrədən sonra 27 xala malik “Qaradağ Lökbatan” birinc pillədə qərarlaşıb. “Şamaxı” və MOİK-in isə 22 xalı var.
I Liqa
12-ci tur
26 dekabr
“Qaradağ Lökbatan” – “Difai Ağsu” 5:2
Qollar: Seyxan Fərəcov, 21-pen; 82. Kənan Cəfərov, 28. Xəlil Bəşirov, 52. Mehdi Tahirov, 84 – Kamil Hüseynov, 6. Samir Əliyev, 88.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Şamaxı” – MOİK 2:0
Qollar: Emin Zamanov, 7. Elşad Tağıyev, 73.
Şamaxı şəhər stadionu, 14:00.
Turun digər oyunları:
“İmişli” – “Mingəçevir” 0:0
“Araz Saatlı” – “İrəvan” 1:2
“Karvan” – “Zaqatala” 0:2