Bu gün qadın voleybolçular arasında Azərbaycan I liqasına start verilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə qurumun idman zalında keçirən birincilikdə 9 klub mübarizəyə qoşulub.
 
Mükafatlar uğrunda birinciliyin açılış matçında “Azərreyl-2” və “Abşeron” klubları üz-üzə gəlib. “Abşeron” asan qələbəyə sevinib. Ardınca “Aura” “Azəri”yə, “Sərhədçi” “Azərreyl-1”lə, Baku Flames” “Loqist” MMG-yə uduzub.
 

I liqa

1 fevral
   “Abşeron” - “Azərreyl-2” – 3:0 (25:9, 25:8, 25:9)
   “Aura” – “Azəri” - 0:3 (13:25, 14:25, 18:25)
   “Sərhədçi– “Azərreyl-1) - 0:3 (18:25, 25:27, 18:25)
   “Loqist” MMG – “Baku Flames” - 3:0 (25:13, 25:11, 25:20)
 
Qeyd edək ki, I liqa 1 dövrədən ibarət olacaq. Ardınca pley-off mərhələsi keçiriləcək.