Qadın voleybolçular arasında Azərbaycan çempionatının I Liqasında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, birincilikdə bu dəfə yalnız B qrupunda yer alan komandalar üz-üzə gəliblər.
Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan oyun günündə ümumilikdə dörd matç baş tutub.

I Liqa
B qrupu 
   “Qarabağ” - “İlkin” 2:0
   “Murov-2” - “Aura” 2:0
   “Xəzri” - “Ryuqa” 1:2
   “Lokomotiv” - “Sumqayıt” 2:0