Voleybolçu kişilər arasında Azərbaycan çempionatında I Liqanın əsas mərhələsi başa çatıb. "Rekord.az" xəbər verir ki, komandalar 1 dövrədən ibarət olmaqla 2 qrupda mübarizə aparıb. Hər qrupda ilk iki yeri tutan kollektivlər pley-off mərhələsinə vəsiqə qazanıblar.

Liqanın növbəti mərhələsi yarımfinal və final oyunlarından ibarət olacaq. Bu mərhələyə A qrupundan "Express" və "Hərbi İnstitut", B qrupundan isə "Kapitalist" və "Təhsil" klubları yüksəliblər.

Pley-off oyunlarına aprelin 2-də start veriləcək. Həmin gün keçiriləcək yarımfinalda A qrupunda birinci olmuş “Express“ B qrupunun ikincisi “Kapitalist” ilə, B qrupunun birincisi “Təhsil” isə A qrupunun ikincisi “Hərbi İnstitut” ilə qarşılaşacaq. Qaliblər finalda I Liqanın qalibini müəyyən edəcək, uduzanlar isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, oyunlar “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq.

I Liqa

2 aprel

Yarımfinal

   12:30 “Express” - “Kapitalist”

   14:00 “Hərbi İnstitut” - “Təhsil”