I Liqada pley-offun cavab oyununun cədvəli məlum olub.

Rekord.az xəbər verir ki, "Araz Saatlı" ilə "Cəbrayıl" arasındakı cavab görüşü iyunun 15-də Saatlıda keçiriləcək.

İlk qarşılaşmada “Cəbrayıl” 2:0 hesabıyla qalib gəlib. İki oyunun nəticəsində üstün olan tərəf gələn mövsüm I Liqada mübarizə aparacaq.

15 iyun (şənbə)

"Araz Saatlı" - "Cəbrayıl"
Saatlı OİK stadionu, 17:30