Qadın voleybolçular arasında Azərbaycan I Liqasında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, A və B qrupları üzrə hərəsində iki görüş olmaqla ümumilikdə dörd matç baş tutub.

A qrupunda “Azərreyl-2”, “Abşeron-2”, “Xarı bülbül”, “Queens”, “Azəri”, “Dinamo”, “Şəki”, “Qusar” kollektivləri, B qrupunda isə “Xəzri”, “Qarabağ”, “Aura”, “Murov-2”, “Lokomotiv”, “Ryuqa”, “İlkin”,  “Sumqayıt” komandaları mübarizə aparır.

Qeyd edək ki, I Liqanın oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunur.

I Liqa (qadınlar)

7 yanvar

A qrupu
   “Azəri” - “Xarı bülbül” 0:2
   “Abşeron-2” - “Azərreyl-2” 0:2

B qrupu 
   “Sumqayıt” - “İlkin” 2:0
   “Auro” - “Xəzri” 0:2