Voleybolçu qadınlar arasında ölkə birinciliyində I Liqada növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, 2-ci tur çərçivəsində 5 qarşılaşma baş tutub.

“Mübariz”,  “Abşeron”, "İOUGİM-7", “Azərreyl-2” və “Azərreyl-1” komandaları meydanı qalib kimi tərk ediblər.

Qeyd edək ki, bu oyunların hamısında eyni hesab qeydə alınıb. Qalib gələn komandalar rəqiblərini 3:0 hesabı ilə üstələyiblər.

 

 

I Liqa, qadınlar
II tur

   “Mübariz” - “Baku Flames” 3:0 (25:11, 25:16, 25:15)
   “Loqist” MMG - “Abşeron” 0:3 (14:25, 23:25, 17:25)
   "İOUGİM-7" - “Sərhədçi” 3:0 (25:19, 25:22, 25:22)
   "AURA" - “Azərreyl-2” 0:3 (20:25, 08:25, 15:25)
   “Azəri” – “Azərreyl-1” - 0:3 (25:27, 12:25, 23:25)