![photo](https://www.rekord.az/storage/uploads/4/agsu1-1.jpg)
I Liqanın debütantı Ağsuda master-klass keçdi
- 26 Avq 2023 11:43
- 501
Ağsu Şəhər Stadionunda Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektoru və I Liqanın debütantı "Ağsu Difai" FK-nın birgə təşkilatçılığı ilə "Futbol hamı üçün!" devizi altında master - klass keçirilib.
Rekord.az xəbər verir ki, master-klassın keçirilməsində əsas məqsəd rayonda futbol idman növünə yeniyetmə və gənclərin marağının artırılması, həmçinin rayonda futbolun inkişafına nail olunmasıdır.
Master-klass "Ağsu Difai" futbol klubunun məşqçi - müəllimi Ramil Nəsibov rəhbərliyi altında iki yaş qrupunda çıxış edən futbolçularla keçirilib və məşq zamanı məşqçi -müəllim futbolçulara öz tövsiyyə və tapşırıqlar verilib.