Yeni mövsümdən I liqada mübarizə aparacaq "Difai Ağsu" sıxıntı içindədir.

Rekord.az-a daxil olan məlumata görə, problem maliyyə ilə bağlıdır.

Komanda hələ ki, yalnız Asəf Məlikov tərəfindən maliyyələşdirilir. Onun ayırdığı maliyyə isə heyəti daha da gücləndirməyə imkan vermir. AFFA isə dövlət tərəfindən ayrılacaq 300 minlik vəsaitin bir hissəsini yalnız sentyabrda köçürəcək. Rəhbərlik hazırda komandaya sponsor axtarışını davam etdirir. Komandanın istədiyi futbolçuları heyətə cəlb edə bilməməsi də sırf bununla bağlıdır.