I Liqanın təsnifat oyunları keçirilib
- 25 Dek 2022 19:08
- 534
Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatı 2022/2023 illər mövsümü üzrə I Liqa start götürüb. "Rekord.az" xəbər verir ki, “Murov” voleybol klubunun idman zallarında təşkil olunan birinciliyin ilk günündə təsnifat mərhələsinin beş oyunu keçirilib - “Fuar” - RSC, 7№ İOEUGİM - “Azəri-2”, “Azəri-1” - “Aura”, “Azəri -44” - “Sumqayıt”, “Kapitalist” - Xətai “Şahinlər”.
Beləliklə, günün qalibləri olan RSC, Xətai “Şahinlər”, 7№ İOEUGİM, “Azəri-1” və “Azəri-44” komandaları növbəti mərhələyə yüksəliblər. Bu gün təsnifat mərhələsində keçirilməsi nəzərdə tutulan yalnız bir oyun baş tutmayıb. Təxirə salınan “Şəki” - “Delta” matçı yanvar ayında təşkil olunacaq.
Reqlamentə əsasən I Liqa yarışlarında iştirak edən yeni komandalar təsnifat mərhələsindən mübarizəyə başlayıb və qaliblər növbəti mərhələyə yüksəlib. Burada komandalar 2 qrupda, 2 dövrədən ibarət olmaqla mübarizə aparacaq, qalib pley-off mərhələsində müəyyən olunacaq.
Növbəti mərhələyə vəsiqə qazanan komandalar: RSC, Xətai “Şahinlər”, 7№ İOEUGİM, “Azəri-1” və “Azəri-44”
Əsas mərhələdə birbaşa yarışacaq komandalar:
A qrupu: “Hərbi İnstitut”, Murov-2”, “Ekspress”, “Xarı bülbül”,
B qrupu: “Təhsil”, “Ryuqa”, “Masallı”, “Kontakt”
Azərbaycan çempionatı
I Liqa (kişilər)
25 dekabr
Təsnifat mərhələsi
“Fuar” - RSC (0:3)
7№ İOEUGİM - “Azəri-2” (3:0)
“Azəri-1” - “Aura” (3:0)
“Azəri -44” - “Sumqayıt” (3:0)
“Kapitalist” - Xətai “Şahinlər” (1:3)