Məlum olduğu kimi, yeni mövsümün startına 1 həftə vaxt qalsa da Hakimlər Komitəsin in yeni sədri hələ də bilinmir.

Rekord.az xəbər verir ki, bu gedişlə mövsümün startına kimi də məlum olmayacaq.

Hazırda hakimlər komitənin  təlimçisi Namiq Quliyevin rəhbərliyi ilə məşq edirlər. Əldə etdiyimiz məlumata görə, yeni mövsümün ilk turuna təyinatları sabiq hakim Ömər Paşayev yazacaq.

Qeyd edək ki, Paşayev Hakimlər Komitəsindən göndərilən Cavid Cəlilovun yerinə departament rəhbəri kimi işə başlayıb.