Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Uqandanın paytaxtı Kampalada keçirilən beynəlxalq turnirdə şəxsi və qoşa yarışda uğurlu çıxış edib.

Rekord.az Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı gümüş medal qazanıb.

Əliyev Dünya Badminton Federasiyasının illik təqvimində yer alan "Uganda Para Badminton International" turnirində ardıcıl üç ildir mükafatçılar sırasında yer alır.