İbrahima Niasse rəsmən “Qəbələ”də
- 31 Okt 2019 13:20
- 1321
Azərbaycan Premyer Liqasının 10-cu turunun hazırlığını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” seneqallı futbolçu İbrahima Niasseni heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
O, 2013/14 mövsümündə “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olub. Seneqallı legioner bunadək İsveçrədə “Ksamaks” (2008-11), Azərbaycanda “İnter”in (2012-14) şərəfini qoruyub. “Qəbələ”dən ayrıldıqdan sonra Niasse Rumıniyada “Konkordiya” (2014-16), İslandiyada “Odişa” (2016), Yunanıstanda “Levadiakos” (2017-18), Mərakeşdə “Raca Kasablanka” (2018) klublarının formasını geyinib.
Xatırladaq ki, İbrahima “Qəbələ”də 35 oyun keçirib, 1 qol vurub. O, çempionatda 29 (1 qol), kubokda 6 matçda iştirak edib.