“Milan” İtaliya A Seriyasının 33-cü turunda “Parma”nı məğlub edib.

Rekord.az xəbər verir ki, 3:1 hesabıyla bitən qarşılaşma “Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün yubileylə yadda qalıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, “Parma” ilə oyun İbrahimoviçin “Milan”dakı 100-cü matçı olub.

İbrahimoviç 2010-2012-ci illər aralığında da “Milan”da çıxış edib. Daha sonra PSJ, “Mançester Yunayted”, “Los Anceles Qalaksi” kimi komandaların formasını geyinən 38 yaşlı hücumçu, qış transfer pəncərəsi dövründə yenidən A Seriyası klubuna qayıdıb.