"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İsveçdə dağlıq-meşəlik ərazinin bir hissəsini alıb.

 

Rekord.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, min hektara yaxın ərazi 39 yaşlı futbolçuya 3 milyon avroya başa gəlib.

 

İbra İsveçin Norveçlə sərhəddindəki məkanda ovçuluq və balıqçılıqla məşğul olacaq. O, artıq aldığı gözəl mənzərəli yerdə ov etmək və balıq tutmaq üçün lazım olan sənədləri də alıb.