"Milan"ın futbolçusu Zlatan İbrahimoviçin türkiyəli müğənni Ebru Gündeşin fanatı olduğu məlum olub.

Rekord.az xəbər verir ki, bu barədə isveçli hücumçunun türkiyəli komanda yoldaşı Hakan Çalhanoğlu "O Ses Türkiye" proqramının yeni ilə həsr olunan buraxılışında məlumat verib.

İbrahimoviç proqrama göndərdiyi videoda Ebru Gündeşin fanatı olduğunu və "Çingenem" mahnısının ən sevdiyi ifası olduğunu deyib.