İbrahimoviç "Milan"da bələdçi olmaq istəyir
- 09 Mar 2021 14:49
- 585
Rekord.az xəbər verir ki, "Milan"ın 39 yaşlı isveçli hücumçusu Zlatan İbrahimoviç komandada gələcək karyerası barədə sualı cavablandırıb.
"Mən Zlatanam, məsuliyyət hiss edirəm və özümü lider hiss edirəm. "Milan" heyran qaldığım yeganə komandadır.
Mən bu komandaya nəsə vermək istəyirəm, bələdçi olmaq istəyirəm. Nə vaxt nəsə deyəndə başqaları mənə cavab verirlər: "Yaxşı, biz bunu edəcəyik".
Bu gün (dünən-red) Veronada olmaq istəyirdim, mən bunu daxildən hiss edirdim. Bir günümü onlarsız keçirməyim oğullarımsız olmaq kimi bir şeydir
Növbəti mövsümdə "Milan"da qalacammı? Bilmirəm, görərik. Əgər Paolo Maldini istəsə, onda hazıram”, - İbrahimoviç deyib.
İbrahimoviçin "Milan"la müqaviləsi iyunun 30-da başa çatacaq. O, cari mövsümdə “qırmızı-qaralar”ın heyətində 21 görüşdə iştirak edərək, 16 qol vurub və 2 məhsuldar ötürmə edib.