İbrahimoviç özünü İsveçin kralı adlandırdı
- 27 Mar 2021 16:48
- 534
Beş ildən sonra İsveç milli komandasına qayıdan Zlatan İbrahimoviç DÇ-2022-nin seçmə mərhələsində Gürcüstana qarşı keçirilən matçda iştirak edib.
Rekord.az xəbər verir ki, görüş İsveçin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.
İbrahimoviç sözügedən qarşılaşmada məhsuldar ötürmə müəllifi olub.
39 yaşlı hücumçu oyundan sonra “instagram” hesabında şəklini paylaşaraq, özünü İsveçin yeni kralı adlandırıb. İbrahimoviç paylaşımında bunu qeyd edib: “Karl 17-ci Qustav”.
İsveçin hazırkı kralı 16-cı Karl Qustavdır. O, 1973-cü ildən bu vəzifəni tutur.